...

Müxalifət partiyaları noyabra qədər Seçki Məcəlləsinə dair vahid mövqeyə gələ bilər

Siyasət Materials 12 Oktyabr 2007 14:46 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycanın müxalifət partiyaları noyabra qədər Seçki Məcəlləsinə dair vahid mövqeyə gələ bilər. Bu barədə Trend ə Azərbaycan Naminə Forumun rəhbəri Eldar Namazov açıqlama verib.

Azərbaycanın Seçki Məcəlləsinin təkmilləşdirilməsi ilə bağlı hökumətlə Avropa Şurası Venesiya Komissiyası arasında müzakirələr aparılır. Azərbaycanın siyasi partiyaları ayrı-ayrılıqda Məcəlləyə əlavə və dəyişikliklər layihəsi hazırlayıblar.

Noyabrın 9-da Bakıda iqtidarla Avropa Şurası Venesiya Komissiyasının birgə təşkilatçılığı, siyasi partiyaların iştirakı ilə Seçki Məcəlləsinə dair müzakirələr təşkil olunacaq.

Namazov bildirib ki, özünün də təmsil olunduğu "Altılar"ın məşvərət məclisi

(ADP, AMİP, ASDP, Müsavat, Tərəqqi partiyaları, Azərbaycan Naminə İctimai Forum) Konstitusiyaya və Seçki Məcəlləsinə dəyişikliklər layihəsi hazırlayıb. Lakin məşvərət məclisi layihəsini digər partiyalarla birgə müzakirə etmək niyyətindədir: "Hazırda digər partiyalarla qeyri-rəsmi şəkildə danışıqlar gedir, hesab edirəm ki, yaxın zamanda bunun konkret nəticəsi olacaq" - deyən Namazov əlavə edib ki, əvvəlcə siyasi partiyaların seçki məsələləri üzrə nümayəndələri arasında müzakirələr aparılacaq, sonra partiya sədrlərinin görüşləri təşkil ediləcək.

Namazovun fikrincə, noyabrın 9-da keçiriləcək toplantıda müxalifət düşərgəsinin vahid təkliflərlə çıxış etməsi vacibdir.

Xəbər lenti

Xəbər lenti