Azərbaycan, Bakı/ Trend /Amerika Birləşmiş Ştatlarının Prezidenti Corc Buş 18 Oktyabr - Azərbaycanın Müstəqillik günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.Azərbaycanlı həmkarına ünvanladığı məktubda Buş, ölkəmizlə əməkdaşlığı davam etdirmək və iki dövlət arasında dostluğu möhkəmləndirmək arzularını da ifadə edib.Təbrikdə, həmçinin, qeyd olunur ki, Birləşmiş Ştatlar Azərbaycan xalqının demokratik, firavan və dinc gələcəyini qurmaq üçün Azərbaycanın göstərdiyi səyləri dəstəkləməkdə davam edir.