...

Səfir:Azərbaycan və Küveyt dövlət başçılarının qarşılıqlı səfəri nəzərdə tutulur

Siyasət Materials 22 Oktyabr 2007 14:56 (UTC +04:00)
Səfir:Azərbaycan və Küveyt dövlət başçılarının qarşılıqlı səfəri nəzərdə tutulur

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Azərbaycan prezidenti İlham Əliyevin Küveytə və Küveyt əmri Şeyx Sabah Əhməd əl-Cabir əl- Sabahın Azərbaycana rəsmi səfərləri nəzərdə tutulub və bu səfərlər 2008 -ci ilin birinci yarısında baş tuta bilər. Bu barədə bazar ertəsi Bakıda jurnalistlərə açıqlamasında Azərbaycanın Küveytdəki səfiri Şahin Abdullayev məlumat verib.

Səfir qeyd edib ki, Azərbaycanla Küveyt arasında əlagələr yüksək səviyədədir və dövlət başçılarının qarşılıqlı səfərlərinin reallaşmasına mane olacaq hər hansı probem yoxdur. "Dövlət başçılarının iş qrafikindən asılı olaraq səfər baş tutacaq. Əgər zərurət yaranarsa, səfərlər bizim nəzərdə tutduğumuz vaxtdan əvvəldə reallaşa bilər", - deyə Abdullayev bildirib.

Onun sözlərinə görə, dövlət başçılarının səfərləri çərçivəsində iki ölkə arasında qarşılıqlı əməkdaşlığı nəzərdə tutan bir sıra sənədlər imzalanacaq. Səfir qeyd edib ki, ümumilikdə iki ölkə arasında 15 yaxın sənədin imzalanması nəzərdə tutulub və hazırda şəmin sənədlərə baxılır. Artıq 10 sənəd üzərində iş başa çatdırılıb və qarşılıqlı razılıq əldə olunub, 5 sənəd isə razılaşdırılıb: "Həmin sənədlər iqtisadi, təhsil, mədəniyyət, turizm, gənclər və idman sahələrində və demək olar ki, bütün sahələrdə əməkdaşlığı əhatə edir".

Xəbər lenti

Xəbər lenti