...

Küveytin baş naziri Azərbaycana səfər edəcək

Siyasət Materials 22 Oktyabr 2007 18:29 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir İ.Əlizadə/ Küveytin baş naziri Şeyx Nasir əl-Sabah yaxın vaxtlarda Azərbaycana səfər edəcək. Bu barədə bazar ertəsi Bakıda Azərbaycanın Küveytdəki səfiri Şahin Abdullayev məlumat verib.

Səfər Azərbaycanın baş naziri Artur Rasizadənin dəvəti ilə həyata keçiriləcək.

"Hazırda səfərin proqramı və tarixi dəqiqləşdirilir", -deyə diplomat əlavə edib.

Bundan başqa, Küveytin yeyinti ticarəti və sənaye və ticarət nazirləri Azərbaycana gələcəklər.

Azərbaycanın maliyyə naziri Samir Şərifov isə Küveytə səfər edəcək: "Hazırda qarşılıqlı səfərlər çərçivəsində imzalanacaq sənədlər üzərində iş aparılır. Bu səfərlərdə məqsəd iki ölkə arasında iqtisadi əlaqələri genişləndirməkdir

Xəbər lenti

Xəbər lenti