...

Litva Seyminin komitə rəhbəri: "Dağlıq Qarabağ problemi sülh danışıqları yolu ilə həllini tapmalıdır"

Siyasət Materials 23 Oktyabr 2007 11:15 (UTC +04:00)
Litva Seyminin komitə rəhbəri: "Dağlıq Qarabağ problemi sülh danışıqları yolu ilə həllini tapmalıdır"

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Dağlıq Qarabağ problemi sülh danışıqları yolu ilə həllini tapmalıdır, çərşənbə axşamı jurnalistlərə Azərbaycanda səfərdə olan Litva Seyminin Xarici İşlər Daimi Komitəsinin rəhbəri Yustonas Karosas bildirib. Onun sözlərinə görə, Litva Avropa Birliyinə üzv ölkə kimi bütün münaqişələrin sülh yolu ilə həllinin tərəfdarıdır.

Ermənistan Silahlı Qüvvələri Azərbaycanın 20 faiz torpağını, o cümlədən Dağlıq Qarabağ ərazisini işğal edib. 1994-cü ildə iki ölkə arasında atəşkəs haqqında saziş imzalanıb. ATƏT-in Minsk Qrupu çərçivəsində Dağlıq Qarabağ probleminin həlli istiqamətində danışıqlar aparılır.

Karosas deyib ki, Azərbaycana səfəri çərçivəsində Milli Məclisdə keçirilən görüşlərdə iki ölkə arasında iqtisadi, mədəni əlaqələrin inkişaf perspektivləri müzakirə olunacaq.

Səfər çərçivəsində Karosas Milli Məclisin sədri Oqtay Əsədovla da görüşəcək.

Xəbər lenti

Xəbər lenti