...

Xüsusi nümayəndə: "NATO Orta Asiya və Qafqazda böyük miqdarda hərbi qüvvə yerləşdirməyi planlaşdırmır"

Siyasət Materials 23 Oktyabr 2007 18:02 (UTC +04:00)

NATO bildirir ki, təşkilat Orta Asiya və Qafqaz regionları ölkələrinin alyansa daxil olduğu təqdirdə belə, bu regionlarda böyük miqdarda hərbi qüvvə yerləşdirmək niyyətndə deyil.

"NOTO-ya yeni üzvlərin daxil olanda, biz alyansa yenicə daxi olmuş ölkələrdə böyük sayda hərbi qüvvələr yerləşdirməmək barədə öhdəlik götürmüşük və bu öhdəlik bu regionlara da şamil olunacaq" - deyə çərşənbə axşamı "İnterfaks"a verdiyi müsahibəsində NATO-nun Baş Katibinin Qafqaz və Orta Asiya üzrə xüsusi nümayəndəsi Robert Simens məlumat verib.

"Məsələn, NATO-ya bəzi Qafqaz ölkələrinin daxil olsa, biz yenə də öz vədlərimizi pozmayacağıq"- deyə diplomat qeyd edib.

Diplomat onu da xatırladıb ki,hələlik, Qafqaz ölkələrinin NATO-ya qəbul olunmasına dair heç bir siyasi qərar mövcud deyil.

Xəbər lenti

Xəbər lenti