...

AŞPA məruzəçisi: "AŞPA-nın Cənubi Qafqaz üzrə yeni məruzəçisi təyin olunacaq"

Siyasət Materials 24 Oktyabr 2007 18:06 (UTC +04:00)
AŞPA məruzəçisi:  "AŞPA-nın Cənubi Qafqaz üzrə yeni məruzəçisi təyin olunacaq"

Azərbaycan, Bakı / Trend , müxbir K.Ramazanova/ Yeni məruzəçi Cənubi Qafqaz regionunda demokratiya və onun sakinlərinin yaxşı həyatı uğrunda mübarizə aparmalıdır. Bu barədə Trend ə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Cənubi Qafqazda əsir və itgin düşənlər üzrə məruzəçisi Leo Platvoet bildirib.

Əvvəllər Platvoetin verdiyi məlumata görə, o oktyabr sessiyasından sonra, Avropa Şurası təmsilçisi vəzifəsini icra etməyəcək. İndi o, Niderland dövlət konsaltinq təşkilatında fəaliyyət göstərir. Keçmiş məruzəçi, həmçinin, Avropa Komissiysının Şərqi Avropa, Balkan və Cənubi Qafqazla bağlı proqramlarından birində iştirak etməyi planlaşdırdığını qeyd edib.

Platvoet Cənubi Qafqazda əsir və itgin düşənlər üzrə məruzəçi vəzifəsinə 2005-ci il dekabrın 5-də Parisdə AŞPA-nın miqrasiya, qaçqınlar və əhali üzrə komitəsinin iclasında təyin olunub.

Xəbər lenti

Xəbər lenti