...

Bolqarıstanın baş naziri Azərbaycana səfər edəcək

Siyasət Materials 25 Oktyabr 2007 11:39 (UTC +04:00)
Bolqarıstanın baş naziri Azərbaycana səfər edəcək

Azərbaycan, Bakı / Trend , müxbir K.Ramazanova/ Bolqarıstanın baş naziri Serqey Stanişev noyabrın 11-də Azərbaycana rəsmi səfərə gələcək. Bu barədə cümə axşamı Bolqarıstanın Azərbaycandakı səfiri İvan Palçev məlumat vnrib.

Səfər Azərbaycanın baş naziri Artur Rəsizadənin dəvəti ilə baş tutacaq. Əvvəllər Azərbaycanın Bolqarıstandakı səfir müşaviri Famil Əliyevin Trend ə verdiyi məlumata görə, Bolqarıstanın hökumət başçısı Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərovun aprelin 17-18-də Sofiyaya işgüzar səfərində keçirilən görüş zamanı da, Azərbaycana səfər etmək niyyətində olduğunu təsdiq edib.

Bolqarıstanın baş naziri Azərbaycanla ticari-iqtisadi münasibətlərin genişləndirilməsində hökumətin maraqlı olduğunu ifadə edib.

Bolqarıstan səfirinin məlumatına görə, hökumət başçısının Azərbaycana səfəri zamanı iki ölkə arasında iqtisadi mahiyyətli sənədlərin imzalanması gözlənilir. "Bolqarıstan Azərbaycanla iqtisadi əməkdaşlığı alqışlayır və birgə layihələr həyata keçirməyə hazırdır" - deyə səfir bildirib.

Ötən il iki dövlət arasında ticarət dövriyyəsi 56 mln. dollar təşkil edib. Azərbaycandan Bolqarıstana ixrac 47 mln. dollar, idxal isə 9 mln. drollar təşkil edib.

Xəbər lenti

Xəbər lenti