...

Estoniya XİN rəhbərinin Azərbaycana səfər proqramı hazırlanıb

Siyasət Materials 26 Oktyabr 2007 17:50 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir A.Qasımova/ Estoniyanın xarici işlər naziri Urmas Paet oktyabrın 29-30-da Azərbaycana səfər edəcək. Bu barədə Trend ə cümə günü telefonla Estoniya XİN-nin mətbuat xidmətindən məlumat verilib

Nazir Azərbaycan prezidenti İlham Əliyev, parlamentin vitse- spikeri Bahar Muradova, xarici işlər naziri Elmar Məmmədyarov, iqtisadi inkişaf naziri Heydər Babayev, sənaye və energetika naziri Natiq Əliyevlə görüşmək niyyətindədir.

Səfər zamanı ikiqat vergitutma və vergidən - gəlir vergisi və kapital vergisindən-- yayınmanın qarşını almaq barədə müqavilənin imzalanması gözlənilir.

Nazir Estoniya-Azərbaycan biznes-forumunda iştirak etməyi də planlaşdırır. Nazirlə birlikdə Bakıya eston sahihbkarlarının nümayəndə heyəti gələcək.

Xəbər lenti

Xəbər lenti