...

ABŞ səfirliyi qarşısında müşahidə aparan iki vəhabi saxlanılıb (Video)

Siyasət Materials 29 Oktyabr 2007 15:27 (UTC +04:00)
ABŞ səfirliyi qarşısında müşahidə aparan iki vəhabi saxlanılıb (Video)

Azərbaycan, Bakı / Trend ,müxbir E.Hüseynli, İ.Əlizadə/ Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi qarşısında bazar ertəsi günorta saatlarında müşahidə aparan iki şəxs saxlanılaraq, Nəsimi rayon Polis İdarəsinə aparılıb. Trend in hadisə yerində olan müxbirinin sözlərinə görə, saxlanılan şəxslərin vəhabi olması güman edilib. Onlar saqqallı olublar və səfirliyin binası qarşısında şəkil çəkməyə cəhd ediblər.

ABŞ və Böyük Britaniyanın səfirlikləri təhlükəsizlik məsələləri ilə bağlı fəaliyyətlərini müvəqqəti dayandırmışdılar. Azərbaycan hüquq-mühafizə orqanlarına müraciətdən sonra, onlar bazar ertəsi fəaliyyətlərini bərpa ediblər. Səfirliklərin binası ətrafında polislərin sayı artırılıb və bina bütövlükdə polislərlə əhatə olunub.

Nəsimi rayon Polis İdarəsindən bildiriblər ki, həmin şəxslər şübhəli şəxs qismində saxlanılıb və hazırda dindirilirlər.

Xəbər lenti

Xəbər lenti