...

Azərbaycanda reketçiliklə məşğul olan jurnalist həbs edilib

Siyasət Materials 30 Oktyabr 2007 16:42 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycanda reketçiliklə məşğul olan daha bir jurnalist həbs edilib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən çərşənbə axşamı bildiriblər ki, nazirliyin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, "Yeni Azərbaycan Bələdiyyəsi" qəzetinin baş redaktoru Vüsal Rzazadə Göyçay rayon sakini Təvəkkül Məmmədovu və qohumlarını qəzetində rüsvayedici məlumatlar yazacağı ilə hədələyərək, onlardan 1000 dollar pul alarkən tutulub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti