...

Azərbaycanın BMT yanındakı daimi nümayəndəliyi üçün bina alınacaq

Siyasət Materials 1 Noyabr 2007 20:13 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir İ.Əlizadə/Azərbaycanın BMT yanındakı daimi nümayəndəliyi üçün Nyu-Yorkda iqamətgah almaq istiqamətində iş aparılır. Bu barədə cümə axşamı Azərbaycanın xarici işlər nazirinin müavini Vaqif Sadıqov məlumat verib.

Onun sözlərinə görə, 500-600 kvadrat metirlik yerin alınması nəzərdə tutulub. Bu yerin alınması 5-6 milyon dollara başa gələcək.

"Xarici İşlər Nazirliyi məsələ ilə bağlı hökumətə təkliflər verib. Biz həm diplomatların yerləşdirilməsi, həm də qonaqların qəbul olunmasına imkan verən yerin alınmasını nəzərdə tuturuq", -deyə Sadıqov əlavə edib.

Azərbaycanın daimi nümayəndəliyi Nyu-Yorkda BMT-nin mənzil- qərərgahı yaxınlığında yerləşən inzibati binalardan birində icarəyə götürülmüş 9-10 otaqda fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti