...

Səfir: "Azərbaycan və Türkiyə hökuməti uzunmüddətli iqtisadi əməkdaşlığa dair Plan imzalayacaq"

Siyasət Materials 5 Noyabr 2007 13:06 (UTC +04:00)
Səfir: "Azərbaycan və Türkiyə hökuməti uzunmüddətli iqtisadi əməkdaşlığa dair Plan imzalayacaq"

Azərbaycan, Bakı / Trend müxbir S.Ağayeva / Türkiyə prezidenti Abdulla Gülün Azərbaycana ilk rəsmi səfəri zamanı iki ölkə arasında əməkdaşlığın inkişafına dair altıya yaxın sənəd imzalanacaq. Bu barədə bazar ertəsi jurnalistlərə Türkiyənin Azərbaycandakı səfiri Hüseyn Avni Karslıoğlu məlumat verib.

Türkiyə prezidentinin səfəri noyabrın 6-8-də nəzərdə tutulub. Sənədlər arasında Azərbaycan və Türkiyə arasında uzunmüddətli iqtisadi əməkdaşlığa dair Planın, ailə və qadın problemləri ilə məşğul olan strukturlar arasında müqavilənin, idman və digər sahələrdə əməkdaşlığa dair müqavilənin imzalanması planlaşdırılır.

Abdulla Gül səfər zamanı Gəncəyə baş çəkməyi planlaşdırır. Səfirin sözlərinə görə, bu, Türkiyə prezidentinin Azərbaycanın regionuna ilk səfəri olacaq, belə ki, bu günə qədər Türkiyənin heç bir prezidenti Azərbaycanın regionlarına baş çəkməyib.

Xəbər lenti

Xəbər lenti