...

Azərbaycan-Norveç əlaqələrinin perspektivləri Osloda müzakirə olunacaq

Siyasət Materials 5 Noyabr 2007 15:17 (UTC +04:00)
Azərbaycan-Norveç əlaqələrinin perspektivləri Osloda müzakirə olunacaq

Azərbaycan, Bakı/ Trend müxbir K.Ramazanova / Xarici işlər naziri Elmar Məmmədyarov dekabrın 6-7-də Norveçə səfər edəcək. Bu barədə Trend ə bazar ertəsi Norveçin Azərbaycandakı səfiri Yon Ramberq məlumat verib.

"Səfər zamanı Azərbaycan XİN-in başçısı həmkarı Yonas Store ilə görüşəcək və əməkdaşlıqla, həmçinin enerji sahəsi ilə bağlı məsələləri müzakirə edəcək" - səfir bildirib. Məmmədyarov Norveçin siyasi və işgüzar dairələrində görüşlər keçirəcək, Azərbaycandakı ictimai-siyasi vəziyyət haqda muhazirə deyəcək.

Səfirin sözlərinə görə, səfər zamanı tərəflər əməkdaşlıqla bağlı bir neçə saziş imzalayacaqlar. "Hazırda biz bu layihələr üzərində işləyirik" - diplomat qeyd edib.

Səfir həmçinin bildirib ki, 2008-ci ilin birinci yarısında Norveçin XİN rəhbəri Azərbaycana səfər edəcək.

Xəbər lenti

Xəbər lenti