...

Prezident Abdullah Gül: "Azərbaycan-Türkiyə münasibətləri çox yüksək səviyyədədir"

Siyasət Materials 6 Noyabr 2007 18:25 (UTC +04:00)
Prezident Abdullah Gül: "Azərbaycan-Türkiyə münasibətləri çox yüksək səviyyədədir"

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynov/ Çərşənbə axşamı Türkiyə prezidenti Abdullah Gül Azərbaycan prezidenti İlham Əliyevlə görüş zamanı bildirib ki, Azərbaycan-Türkiyə münasibətləri çox yüksək səviyyədədir.

"Mən ilk xarici səfərimi Azərbaycana etməyimdən məmnunam" - deyə Gül bəyan edib və əlavə edib ki, səfəri zamanı onu böyük nümayəndə heyəti, eləcə də, iş adamları qrupu müşayiət edir. Gül Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin Azərbaycan-Türkiyə münasibətlərinin qurulmasında və inkişaf etdirilmiəsində rolunu yüksək qiymətləndirib.

İlham Əliyev, öz növbəsində, Türkiyənin yeni seçilmiş prezidentinin ilk xarici səfəri üçün məhz Azərbaycanı seçdiyindən məmnun olduğunu bildirib. "Azərbaycanın müstəqillik illərində Azərbaycanın Türkiyə ilə münasibətləri çox yüksək səviyyəyə qalxıb və indiki səfər bu münasibətlərin daha da güclənməsi üçün təkan olacaq" - deyə İlham Əliyev bildirib.

Xəbər lenti

Xəbər lenti