...

Azərbaycan prezidenti 2007-ci ildə Fransaya ikinci səfərini edəcək

Siyasət Materials 7 Noyabr 2007 11:10 (UTC +04:00)
Azərbaycan prezidenti 2007-ci ildə Fransaya ikinci səfərini edəcək

Azərbaycan, Bakı / Trend , müxbir E,Hüseynov/ Azərbaycan prezidenti İlham Əliyev noyabrın 19-20-də Fransaya rəsmi səfər edəcək. Bu barədə Trend ə çərşənbə günü Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov məlumat verib.

Səfər zamanı hansı məsələlərin müzakirə orlunacağı sualını cavablandıran nazir bildirib ki, tərəflər səfərə hazırlıq görürlər, onun gündəliyi və proqramı üzərində iş aparırlar. "Biz gündəliyi Fransa tərəfi ilə razılaşdırırıq və hələ ki, nəsə söyləmək tezdir" - deyə o bildirib.

XİN başçısı məlumat verib ki, səfərdə əsas məqsəd Fransa prezidenti Nikolya Sarkozi ilə görüş olacaq. Görüş zamanı bütün ikitərəfli münasibətlər, o cümlədən iqtisadi mahiyyətli məsələlər, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması probleminə baxılacaq.

Bu Azərbaycan prezidentinin 2007-ci ildə Fransaya iknci səfəri olacaq. İlham Əliyev yanvarın 29-31-də keçmiş prezident Jak Şirakın dəvəti ilə bu ölkəyə dövlət səfəri edib.

Fransa Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll olunması üzrə ATƏT-in Minsk qrupu həmsədrlərinin ölkələrindən biridir.

Xəbər lenti

Xəbər lenti