...

Iran eksperti: "ABŞ-ın İrana qarşı iqtisadi sanksiyalar tətbiq etməsi ölkə üçün hələlik təhlükəli deyil"

Siyasət Materials 7 Noyabr 2007 13:24 (UTC +04:00)
Iran eksperti: "ABŞ-ın İrana qarşı iqtisadi sanksiyalar tətbiq etməsi ölkə üçün hələlik təhlükəli deyil"

Azərbaycan, Bakı / "Trend müxbir D.Xatınoğlu/ İranın iqtisadi eksperti Bijən Bidabad belə hesab edir ki, ABŞ-ın İrana qarşı iqtisadi sanksiyaları ölkə üçün hələlik təhlükəli ola bilməz. "ABŞ-in İrana qarşı tətbiq etdiyi iqtisadi sanksiyaların reallıqda rəsmi Tehrana təhlükə yaratması üçün dünya ictimaiyyətinin razılığı lazımdır", Bidabad Trend e müsahibəsində bildirib.

Oktyabrın 25-də ABŞ xarici işlər naziri Kondoliza Rays Amerikanın İranın Saderat, Millət və Milli banklarına qarşı sanksiya qoyduğunu bəyan edib. Bununla yanaşı, ABŞ Konqresinin bəzi nümayəndələri Beynəlxalq Bankı İrana kredit verməməyə və ölkəyə sərmayə yatırmamağa çağırıb. İranın "Aftab" agentliyi Fransanın "Herald Tribun" agentliyinə istinadən noyabrın 7-də yaydığı məlumatda bildirilir ki, Beynəlxalq Bank İrana hər cür iqtisadi yardımı dayandırıb.

Bidabad çərşənbə günü Tehrandan telefonla bildirib ki, ABŞ-İran arasında bilavasitə şəkildə iqtisadi münasibətlər yoxdur. "Vasitəçi şirkətlər isə İranın bankları ilə iki ölkə arasında pul köçürmürlər. Bundan əlavə, iki ölkə arasında iqtisadi münasibətlər iri miqyasda deyil. Amerikanın İranın banklarına sanksiya tətbiq etməsi ölkə üçün təhlükə törətməyəcək. İki ölkə arasında iqtisadi körpü salan vasitəçi biznesmənlər isə hələ də öz işlərini davam etdirirlər. Ancaq İran buna sevinməməlidir. ABŞ-in sanksiyaları dünya ictimaiyyəti tərəfindən qəbul olunduğu təqdirdə, yəni bu sanksiyalar ümumdünya tərəfindən İrana qarşı tətbiq olunarsa, ölkəni böyük böhran gözləyir" - deyə İranın iqtisadi eksperti bildirib.

Bidabadın fikrincə, İranın Baynəlxalq Bankla əlaqəsi çox azdır. "Rəsmi Tehran 30 ildir müxtəlif sanksiyalara məruz qalır. Bunun səbəbkarı isə Amerikadır. ABŞ-ın Beynəlxalq Bankda iri sərmayələri var və bankın böyük iri şəriki hesab olunur. Buna görə də Beynəlxaq Bank-İran arasında iqtisadi münasibətləri pozmağa yetərincə gücü var. Lakin İranın Beynəlxalq Bankla əlaqəsi çox azdır. ABŞ-in İrana qarşı tətbiq etdiyi yeni sanksiyalar hələlik ölkə üçün heç bir təhlükə hesab olunmur, ancaq Avropa Birliyinin bu sanksiyalara dəstək verməsi İranı iqtisadi baxımdan iflic edə bilər" - deyə Bidabad bildirib.

Beynəlxalq Bank İrana səhiyyə xidmətləri üçün verəcəyi 5.4 milyard dollarlıq kredit xəttini dayandırıb. Bu Bankın hazırda İranda 9 iqtisadi layihəsi var. Bank keçən il 3.4 milyard dollar sərmayə ilə ölkənin 48 layihəsində iştirak edib. Beynəlxalq Bank-İran arasında olan pul köçürmələri İran Milli Bankı vasitəsilə həyata keçirilirdi. Hazırda Beynəlxalq Banka ABŞ tərəfindən İrana münasibətdə qadağa qoyulduğu üçün iki bank arasında olan iqtisadi münasibətlər çətinləşib.

Xəbər lenti

Xəbər lenti