...

Gürcüstanlı nazir: "BMT-nin Təhlükəsizlik Şurasının sonuncu Qətnaməsi müsbət və balanslaşdırılmışdır"

Siyasət Materials 7 Noyabr 2007 19:15 (UTC +04:00)
Gürcüstanlı nazir: "BMT-nin Təhlükəsizlik Şurasının sonuncu Qətnaməsi müsbət və balanslaşdırılmışdır"

Almaniya, Berlin / Trend , müxbir A.Məhərrəmli/ Rəsmi Tbilisi BMT-nin Gürcüstandakı Müşahidə Missiyasının mandatının uzadılması barədə BMT-nin Təhlükəsizlik Şurasının 1781 saylı Qətnaməsini "müsbət və balanslaşdırılmış hesab edir. "Bu Qətnamə son il yarım və ya iki il ərzində qəbul olunan Qətnamələrdən fərqli olaraq, müsbət və balanslaşdırılmışdır. Qətnamədə Gürcüstanın ərazi bütövlüyünün birmənalı olaraq dəstəklənməsi və münaqişənin Gürcüstanın beynəlxalq aləmdə tanınan sərhədləri çərçivəsində həll olunmasına dair maddələr bizim üçün xüsusilə vacibdir" - deyə Gürcüstanın münaqişələrin nizamlanması üzrə dövlət naziri David Bakradze Trend ə müsahibəsində bildirib.

1781 saylı Qətnamə oktyabrın sonlarında qəbul olunub və BMT-nin Təhlükəsizlik Şurası BMT-nin Gürcüstandakı Müşahidə Missiyasının mandatını 6 ay müddətinə, 2008-ci il aprelin 15-dək uzadıb. Sənəddə Gürcüstan-Abxaz zonasında vəziyyətin gərgin olması ilə bağlı narahatlıq ifadə olunub və atəşkəs rejiminin pozulması ilə bağlı çoxlu sayda halların mövcud olması da göstərilir.

Bakradze bildirib ki, ilk dəfə olaraq BMT-nin Qətnamələrində məcburi köçkünlərin əmlakı barədə ətraflı qeyd yer alıb. "Bu Qətnamədə açıq-aydın göstərilir ki, köçkünlərin və qaçqınların əmlakı heç bir iqtisadi fəaliyyətə məruz qala bilməz" - deyə Bakradze qeyd edib. "Başqa sözlə, onların əmlakı satıla, özəlləşdirilə bilməz, bu gün bu insanlar Abxaziyaya qayıda bilməsələr də, orada qalan əmlaklarına hüquqlaru var. Bu problem bizim üçün çox mühümdür" - deyə o bildirib.

Dövlət naziri hesab edir ki, qaçqınların qayıtmaq hüquqna malik olmasını göstərən maddə çox müsbət və vacib haldır. "Burada qaçqınların qayıtmaq hüququnun olması çox aydın göstərilir. Maddənin, Abxaziyadan qovulduqdan sonra, Tbilisidə və digər şəhərlərdə anadan olan gənc nəslə də şamil olunması göstərilir" - deyə nazir qeyd edib.

Xəbər lenti

Xəbər lenti