...

ABŞ Konqresinin Azərbaycan üzrə işçi qrupuna daha bir konqresmen daxil olub

Siyasət Materials 8 Noyabr 2007 14:46 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Ramazanova/ ABŞ Konqresinin Azərbaycan üzrə işçi qrupuna daha bir konqresmen - Robert Kramer daxil olub.

Bu barədə Azərbaycan XİN-in mətbuat xidmətinin cümə axşamı yaydığı məlumatda bildirilir.

Kramer 1992-ci ildən Nümayəndələr Palatasında Alabama ştatını təmsil edir. Konqresmen-demokrat Kramer, həmçinin yeni təsis edilmiş Terrorizm üzrə işçi qrupun həmsədri və həmtəsisçisidir.

Bu yaxınlarda ABŞ Konqresinin Azərbaycan üzrə işçi qrupuna daha iki konqresmen - Qenri Braun (Şimali Karolina ştatı) və Mayk Konnovey də (Texas ştatı) daxil olmuşdu. Qrup üzvlərinin sayı 26-ya çatıb.

Xəbər lenti

Xəbər lenti