Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ İFES-in Azərbaycan üzrə direktoru Daniel Blessinqton bildirib ki, cümə axşamı Seçki Məcəlləsinin müzakirələrinə dair keçirilən tədbirdə iştirakçılar qanunla bağlı narazı qaldıqları məqamları ifadə etdilər. Onun sözlərinə görə, bu dəyirmi masa seçki qanunvericiliyinin müzakirəsinə həsr olunan silsilə tədbirlərin başlanğıcı, bu yöndə ilk addımdır.
İFES-in rəhbəri 4 müxalifət partiyasının, dəyirmi masanın geniş formatda keçirilməsinə etiraz olaraq, görüşü boykot etməsinə münasibət bildirərkən, bu barədə məlumatlı olduğunu deyib. Onun sözlərinə görə, tədbirin əsas təşkilatçısı AŞ Venesiya Komissiyası və MSK-dır.
"Biz bir çox partiyaları dəvət etdik və çox əhəmiyyətli görüş oldu. Müzakirələr zamanı bir çox məqamlara aydınlıq gətirildikdən sonra, iştirakçılar məsələləri daha yaxşı anladılar"-deyə İFES-in rəhbəri bildirib.