Azərbaycan, Bakı / müxbir Trend K.Ramazanova/. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fransaya qarşıdakı səfəri zamanı ikitərəfli əlaqələrin hazırkı vəziyyəti və daha da inkişaf etdirilməsi ilə əlaqədar məsələlər müzakirə olunacaq. Bu barədə Prezident aparatı beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov məlumat vermişdir.
"Fransa ilə Azərbaycan arasındakı münasibətlər çox yaxşıdır, lakin Fransa Dağlıq Qarabağ münaqişəsi üzrə Minsk Qrupunun həmsədr ölkəsidir, bu səbəbdən mövcud münasibətləri qorumaq və daha da inkişaf etdirmək vacibdir", - deyə N.Məmmədov bildirdi.