...

Azərbaycan Prezidenti Amerika yəhudiləri ilə görüşüb

Siyasət Materials 9 Noyabr 2007 18:09 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir K.Zərbalıyeva/ Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 9-da Prezident sarayında Amerika İsrail İctimai Məsələlər Komitəsinin nümayəndə heyəti ilə görüşüb.

Əliyev Azərbaycanın ABŞ və İsrail ilə ikitərəfli münasibətlərinin uğurla inkişaf etdiyini vurğulayaraq, Amerika İsrail İctimai Məsələlər Komitəsinin nümayəndə heyətinin səfərinin ölkələrimiz arasında mövcud olan tərəfdaşlığın daha da inkişaf etdirilməsi işinə töhfə verəcəyini bildirib.

Azərbaycanda dini tolerantlığın yüksək səviyyədə olduğunu qeyd edən prezident ölkədə müxtəlif millətlərin və dinlərin nümayəndələrinin əsrlər boyu sülh və əmin-amanlıq şəraitində yaşadıqlarını diqqətə çatdırıb.

Prezident Əliyev Azərbaycanla ABŞ arasında siyasi sahədə əməkdaşlıqdan söhbət açaraq bildirib ki, ölkəmiz antiterror koalisiyasının fəal üzvü kimi, İraq və Əfqanıstanda sülhməramlı missiyasını uğurla həyata keçirir. Amerika İsrail İctimai Məsələlər Komitəsinin nümayəndə heyətinin başçısı Ron Barness Azərbaycanda tolerantlığın mövcud olduğunu, burada yaşayan bütün millətlərə, o cümlədən yəhudi icmasının nümayəndələrinə yüksək diqqət göstərildiyini deyib.

O, Azərbaycanda çox böyük iqtisadi inkişafın şahidi olduqlarını bildirib.

Xəbər lenti

Xəbər lenti