...

Venesiya Komissiyasının nümayəndəsi: "Biz bütün partiyaları "dəyirmi masa"da iştirak etməyə dəvət etmişik"

Siyasət Materials 9 Noyabr 2007 20:54 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir K.Ramazanova/ Venesiya Komissiyasının nümayəndəsi Sergey Kuznetsov bir sıra informasiya agentliklərinə müsahibəsində bildirib ki, komissiya bütün partiyaları "dəyirmi masa"da iştirak etməyə dəvət edib.

"Biz bütün partiyaları iştirak etməyə dəvət etmişik, iştirak edib- etməməksə, onların seçimidir. Biz öz tərəfimizdən vədimizi yerinə yetirdik" - deyə Kuznetsov qeyd edib.

Azərbaycan Xalq Cəbhəsi Partiyası, ADP, Liberal Partiyası və "Müsavat", tədbirin təşkilatçısının İFES olması səbəbindən, müzakirələrdə iştirak etmirlər. Tədbirdə iştirak etməyən partiyalar hesab edirlər ki, İFES, Azərbaycanda keçirilən seçkilərə münasibətlə bağlı, demokratik qüvvələrin etibarını itirib. "Dördlük", həmçinin təklif edib ki, Seçki Məcəlləsinə dair müzakirələr müxalifətin adından yalnız bu partiyalarla aparılsın, çünki bu pariyalar son parlament seçkilərinin yekunlarına əsasən, bir faizlik baryeri keçiblər.

Xəbər lenti

Xəbər lenti