...

Bolqarıstan Cənubi Qafqaz regionunda uzunmüddətli sülh və sabitlik naminə çıxış edir (video)

Siyasət Materials 13 Noyabr 2007 14:01 (UTC +04:00)
Bolqarıstan Cənubi Qafqaz regionunda uzunmüddətli sülh və sabitlik naminə çıxış edir (video)

Azərbaycan, Bakı / Trend S.Ağayeva / Ermənistan-Azərbaycan münaqişəsinin hər iki tərəfi qane edəcək və bütün regionda sülhə zəmanət verə biləcək həll yolunu tapmaq çox mühümdür. Bu barədə çərşənbə günü Bakıda jurnalistlərə Dağlıq Qarabağ münaqişəsinə dair Bolqarıstanın mövqeyini şərh edən həmin ölkənin baş naziri Serqey Stanişev bildirib.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ ki nəticəsiz sülh danışıqları aparılır.

""Dondurulmuş münaqişə"nin hazırkı vəziyyəti həm Azərbaycan, həm Ermənistan, həm də bütün region üçün böyük yaradır" - deyə Stanişev vurğulayıb.

Onun sözlərinə görə, neçə illərdi ATƏT-in Minsk qrupu münaqişənin həlli üzərində iş aparır, həmçinin Bolqarıstan 2004-cü ildə ATƏT-də sədrlik zamanı ikitərfli danışıqlar prosesinə çox ciddi yardım edib. "Bolqarıstan Avropa İttifaqına üzv dövlət və regionlarla əlaqələrə malik olan, həmçinin regionda əminamanlıq və stabilliyin olmasını istəyən bir dövlət kimi münaqişənin sabit və uzunmüddətli ola biləcək həll yolunun tapılmasının vacib olduğunu düşünürr"- deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti