...

Prezident İlham Əliyev Kərim Kərimovun 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb

Siyasət Materials 14 Noyabr 2007 19:22 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , Prezident İlham Əliyevgörkəmli alim-konstruktor, SSRİ Kosmik Uçuşlar üzrə Dövlət Komissiyasının sədri, Sosialist Əməyi Qəhrəmanı, Dövlət və Lenin mükafatları laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü, general-leytenant Kərim Əli oğlu Kərimovun 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, kosmik-raket sistemlərinin yaradılması və kosmonavtikanın inkişafında xüsusi xidmətlər göstərmiş Kərim Kərimovun 90 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi iləMüdafiə Nazirliyinə, Müdafiə Sənayesi Nazirliyinə, Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Kərim Kərimovun 90 illik yubileyinə həsr edilmiş tədbirlər planı işləyib hazırlamaq tapşırılıb. Sərəncamdan irəli gələn məsələlərin həlli Nazirlər Kabinetinə həvalə olunub.

Xəbər lenti

Xəbər lenti