...

GUAM Milli Koordinatorları Şurasının iclasında qurumun XİN başçılarının Madriddəki toplantısına hazırlıqla bağlı məsələlər müzakirə olunacaq

Siyasət Materials 15 Noyabr 2007 01:06 (UTC +04:00)
GUAM Milli Koordinatorları Şurasının iclasında qurumun XİN başçılarının Madriddəki toplantısına hazırlıqla bağlı məsələlər müzakirə olunacaq

Ukrayna, Kiyev / Trend müxbir Z.Novosvitskiy/ Noyabrın 16-da Kiyevdə keçiriləcək GUAM Milli Koordinatorları Şurasının toplantısında əsasən noaybrın 29-30-da Madriddə baş tutacaq GUAM XİN rərbərlərinin beşinci iclasının hazırlığı ilə bağlı məsələlər müzakirə olunacaq. Bu barədə çərşənbə günü Trend ə GUAM-ın baş katibi Valeri Çeçelaşvili məlumat verib.

"Toplantıda siyasi tərəfdaşlıqla bağlı məsələlər, konkret olaraq bizim "GUAM+" formatında ABŞ, Yaponiya və Polşa ilə əməkdaşlığımızın inkişafı müzakirə ediləcək. Bundan əlavə sahə əməkdaşlığına dair Bakı strategiyasının gerçəkləşməsi, işçi qruplarımız çərçivəsində generasiya məsələləri, regional layihələr və onların reallaşdırılması və s. məsələlər nəzərdən keçiriləcək"-deyə o vurğulayıb.

Baş katibin sözlərinə görə, toplantıda Ukraynanı xarici işlər nazirinin müavini Andrey Veselovski, Gürcüstanı xarici işlər nazirinin birinci müavini Nikoloz Vaşakidze təmsil edəcək. Azərbaycanla Moldova isə müvafiq departament direktorları ilə təmsil olunacaq.

GUAM XİN başçıları Şurasının beşinci iclası Madriddə ATƏT XİN başçılarının 15-ci toplantısı çərçivəsində baş tutacaq.

Xəbər lenti

Xəbər lenti