...

"İqtidarla siyasi dialoqun baş tutması müxalifətin maraqlarına uyğundur" - müxalifət deputat qrupunun üzvü

Siyasət Materials 15 Noyabr 2007 14:07 (UTC +04:00)
"İqtidarla siyasi dialoqun baş tutması müxalifətin maraqlarına uyğundur" - müxalifət deputat qrupunun üzvü

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ İqtidarla müxalifət arasında siyasi dialoqun olması müxalifətin maraqlarına uyğundur, cümə axşamı Trend ə Parlamentdə müxalifəti təmsil edən Müsavat deputat qrupunun üzvü, millət vəkili Pənah Hüseyn bildirib. Onun sözlərinə görə, müxalifət düşərgəsi heç bir şərt irəli sürmədən iqtidarla dialoqa getməlidir.

İqtidar və müxalifət arasında dialoqun baş tutması üçün ATƏT-in Bakı Ofisi danışıqlar aparır. Hakim Yeni Azərbaycan Partiyası (YAP) müxalifətin heç bir şərt qoymadan dialoqa qoşulacağı halda danışıqlarda iştirak edəcəyini bəyan edib. Müxalifət partiyaları isə dialoqla bağlı konkret mövqe bildirməyiblər.

Hüseyn bildirib ki, iqtidarın səlahiyyətli nümayəndələri ilə heç bir şərt irəli sürmədən siyasi dialoqa getmək müxalifətin prinsipial mövqeyidir. Millət vəkili hesab edir ki, dialoq, həmçinin iqtidarın da maraqlarına cavab verməlidir.

Xəbər lenti

Xəbər lenti