...

Bütün siyasi partiyalar sərbəst şəkildə mövqelərini nümayiş etdirmək şansı əldə edəcək- Gürcüstan prezidenti

Siyasət Materials 16 Noyabr 2007 16:57 (UTC +04:00)
Bütün siyasi partiyalar sərbəst şəkildə mövqelərini nümayiş etdirmək şansı əldə edəcək-  Gürcüstan prezidenti

Gürcüstan prezidenti Mixail Saakaşvili cümə günü Batumiyə yola düşməzdən əvvəl Tbilisi hava limanında bildirib ki, prezident seçkiləri ilə bağlı kampaniya dövründə bütün siyasi qüvvələr və vətəndaşlar öz iradəsini sərbəst şəkildə nümayiş etdirmək imkanı əldə edəcəklər. "Qafqaz Press"in verdiyi məlumatda belə deyilir.

Gürcüstan prezidenti Batumiyə Bolqarıstanın baş naziri Sergey Stanişevlə birlikdə yola düşüb. Prezident qonağı Batuminin turist infrastrukturu ilə tanış edəcək.

"Bütün siyasi partiyalar geniş imkanlar əldə edəcək, öz kampaniyalarını heç bir məhdudiyyət olmadan işıqlandıracaq, müxalifətə KİV-də vaxt veriləcək ki, bu da bizim demokratik qanunlarımızla mümkün olur" - deyə Saakaşvili bildirib.

Prezident bildirib ki, Gürcüstan seçki prosesinə nəzarət etmək üçün Avropa müşahidəçilərini dəvət edəcək. "Biz Avropa Şurasına müraciət edərək, müşahidəçiləri seçki prosesinə nəzarət etməyə dəvət etmişik, müşahidəçilər, eyni zamanda, KİV-in nə dərəcədə azad olmasını qiymətləndirəcək, demokratik seçkilərin keçirilməsi və Gürcüstanın demokratik normalara uyğunluğu kimi hüquqi və digər məsələlərin həllinə kömək göstərəcəklər" - deyə prezident qeyd edib.

Saakaşvili bir daha qeyd edib ki, qanunun və hüquq qaydasının müdafiəsi məsələsində Gürcüstan heç bir halda güzəştə getməyəcək. "Biz sübut etdik ki, qorxaq hökumət deyilik və bizim üçün əsas olan qanuniliyin təmin edilməsidir və gələcəkdə biz bütün vətəndaşların hüquqlarını müdafiə etmək və mövqenin sərbəst şəkildə bildirilməsini təmin etməyə hazırıq" - deyə prezident qeyd edib.

Xəbər lenti

Xəbər lenti