...

Azərbaycan prezidenti Beynəlxalq tolerantliq günü münasibətilə keçirilən konfransin iştirakçilarina təbrik məktubu göndərib

Siyasət Materials 16 Noyabr 2007 19:50 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / Azərbaycan prezidenti İlham Əliyev Beynəlxalq tolerantliq günü münasibətilə keçirilən konfransin iştirakçilarina təbrik məktubu göndərib. Məktubda deyilir ki,Böyük İpək yolu üzərində yerləşən ölkəmizin tarix boyu bütün səmavi dinlərin məbədlərini ucaldaraq, onlara sitayiş edən insanlar üçün unikal dözümlülük mühitinin formalaşdırılması ilə, həqiqətən, fəxr edilə bilər. "Birləşmiş Millətlər Təşkilatı tərəfindən təsis olunmuş Beynəlxalq Tolerantlıq günü və qəbul edilmiş "Dözümlülük prinsipləri deklarasiyası" istər ölkəmizin tarixi ənənələri, istərsə də mövcud mühiti ilə həmahəng səsləşir. Tolerantlığın mənəvi, siyasi və hüquqi müstəvidə bərqərar olması təhsildə, mədəniyyətdə, ümumən cəmiyyət həyatının müxtəlif sahələrində strateji əhəmiyyətə malik proqramların həyata keçirilməsini tələb edir"--Prezident Əliyevin konfrans iştirakçılarına məktubu bu sözlərlə davam edir. Daha sonra Azərbaycanda təmsil olunan bütün dini icma nümayəndələrinin bu konfransda tolerantlıq, dözümlülük problemlərinin geniş müzakirəsini keçirmələri təqdirəlayiq hal kimi dəyərləndirilir .Ölkə başçısının məktubunda o da vurğulanıb ki,ölkəmizdə müxtəlif konfessiyaların nümayəndələri tərəfindən nümayiş etdirilən qarşılıqlı ehtiram, konstruktiv əməkdaşlıq, həmçinin ümumbəşəri mənəvi dəyərlərin mənimsənilməsi yolunda görülən işlər olduqca yüksək qiymətləndirilir və Azərbaycanı tolerantlıq baxımından bir çox ölkələr üçün örnək hesab etməyə imkan verir. " Bu gün sivilizasiyaların toqquşması və qarşıdurması konsepsiyasına tərəfdar çıxanlar zəngin tolerantlıq ənənələrinə malik olan və Şərqlə Qərb arasında körpü rolunu oynayan bir ölkə kimi Azərbaycanın təcrübəsindən bəhrələnə bilərlər"--təbrik məktubu bu sözlərlə bitir.

Xəbər lenti

Xəbər lenti