...

Azərbaycan prezidenti və Türkiyənin Baş naziri "Orxan Yenisey" mükafatı ilə təltif olunublar (video)

Siyasət Materials 17 Noyabr 2007 13:40 (UTC +04:00)
Azərbaycan prezidenti və Türkiyənin Baş naziri "Orxan Yenisey" mükafatı ilə təltif olunublar (video)

Azərbaycan, Bakı/ Trend , müxbir S.İlhamqızı/ Şənbə günü Türk dövlət və cəmiyyətlərinin 11-ci dostluq, qardaşlıq və əməkdaşlıq qurultayında ilk dəfə təsis olunmuş "Orxon -Yenisey" mükafatı Azərbaycan prezidenti İlham Əliyevə və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğana təqdim olunub.

Qurultayın sonunda türk dövlətlərinin birliyinin rəmzi olaraq, türk dövlətlərinin rəhbərləri qılınc üzərinə dəmir çəkiclə vurublar.

Sonda Əliyev və Ərdoğan qurultayın mükafatı ilə təltif olunublar.

Bununla da qurultayın ilk iş günü başa çatıb.

"Orxon - Yenisey" mükafatı türk dünyasının qədim tarixini və kökünü simvolizə edir.

Qurultay sabah və birisi gün işini davam etdirəcək.

Xəbər lenti

Xəbər lenti