...

Türkiyə və Azərbaycan Ali Məhkəmələri arasında əməkdaşlıq haqqında memorandum imzalanıb (video)

Siyasət Materials 20 Noyabr 2007 13:04 (UTC +04:00)
Türkiyə və Azərbaycan Ali Məhkəmələri arasında əməkdaşlıq haqqında memorandum imzalanıb (video)

Azərbaycan, Bakı / Trend , müxbir K.Zərbalıyeva/ Azərbaycan Ali Məhkəməsi ilə Türkiyə Ali Məhkəməsi arasında çərşənbə axşamı əməkdaşlıq haqqında anlaşma mesorandumu imzalanıb. Sənədin imzalanması Türkiyə Ali Məhkəsməsinin sədri Osman Arslanın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana işgüzar səfərin çərçivəsində baş tutub. Azərbaycan Ali Məhkəməsində keçirilən imzalanma mərasimində çıxış edən Ali məhkəmənin sədri Ramiz Rzayev ölkədə həyata keçirilən hüquqi islahatların səmərəliliyini diqqətə çatdıraraq deyib ki, bu iş Ali Məhkəmənin yeni strukturunda və fəaliyyətində öz əksini tapıb. Rzayev türkiyəli həmkarlarının Azərbaycana səfərini hər 2 ölkənin məhkəmə orqanları arasında əməkdaşlığın daha da inkişafına xidmət edəcəyini vurğulayıb. Türkiyə Ali Məhkəməsinin sədri Osman Arslan, rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verib və bu əməkdaşlığın bundan sonra da davam edəcəyini bildirib. Görüşdə hüquqi dövlət quruculuğu sahəsində aparılan islahatlar və məhkəmə-hüquq təcrübəsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Noyabrın 24-dək davam edəcək səfər müddətində Türkiyə nümayəndə heyəti Baş prokuror, ədliyə naziri, Konstitusiya məhkəməsinin sədri, Milli Məclisin sədri və prezidentlə görüşlər keçirəcək.

Xəbər lenti

Xəbər lenti