...

Azərbaycanın Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri yenidən atəşkəs rejimini pozublar

Siyasət Materials 22 Noyabr 2007 10:24 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 21-də saat 16.25-dən 16.30-dək Tovuz rayonunun Əlibəyli kəndinin yaxınlığında yerləşən mövqelərdən, saat 18.45-dən 19.00-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, noyabrın 22-də saat 01.40-dan 01.55-dək və saat 04.00-dan 04.45-dək Ağdam rayonunun Cəvahirli və Tağıbəyli kəndlərinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə cümə axşamı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda javab atəşilə düşmən susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti