...

Azərbaycanın müdafiə naziri Ermənistanla hərbi münaqişəni istisna etməyib

Siyasət Materials 27 Noyabr 2007 11:56 (UTC +04:00)
Azərbaycanın müdafiə naziri  Ermənistanla hərbi münaqişəni istisna etməyib

Qazaxıstan, Astana/ Trend müxbir K.Konırova/ Azərbaycanın müdafiə naziri Səfər Əbiyev hesab edir ki, Ermənistan və Azərbaycan arasında hərbi münaqişə mümkündür. "Nə qədər ki, Azərbaycan əraziləri Ermənistanın işğalı altındadır, müharibənin mümkünlüyü demək olar ki, 100%-dir" - deyə o, Astanada MDB-nin müdafiə nazirləri şurasının iclasının yekunu üzrə keçirilən mətbuat konfransında bidirib.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ ki nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti