...

Türkiyə Parlamenti spikerinin Bakıya səfəri təxirə salınıb

Siyasət Materials 27 Noyabr 2007 17:53 (UTC +04:00)
Türkiyə Parlamenti spikerinin Bakıya səfəri təxirə salınıb

Azərbaycan, Bakı / Trend , müxbir S.Ağayeva / Türkiyənin Böyük Millət Məclisinin (Parlament) sədri Keksal Toptanın noyabrın 28-30-da Azərbaycana nəzərdə tutulan səfəri təxirə salınıb. Bu barədə Azərbaycanın Milli Məclisindən məlumat verilib.

Parlamentdən bildiriblər ki, səfər texniki səbəblərdən baş tutmayıb və qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Bu səfər Türkiyənin yeni parlament rəhbərinin xaricə birinci rəsmi səfəri olacaqdı.

Xəbər lenti

Xəbər lenti