...

Azərbaycan prezidenti "Şöhrət" ordeninin statutusu"nda dəyişiklik edilməsı barədə" qanunun tətbiqi ilə bağlı sərəncam verib

Siyasət Materials 27 Noyabr 2007 21:59 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Prezident İlham Əliyev "Azərbaycan Respublikasının 1993-cü il 6 dekabr tarixli 757 saylı qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının "Şöhrət" ordeninin statutusu"nda dəyişiklik edilməsı barədə" Azərbaycan Respublikasının 2007-ci il 19 oktyabr tarixli qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiq edilməsini təmin etmək məqsəd ilə sərəncam verib.

Sərəncama əsasən Nazirlər Kabinetinə tapşırılıb ki, 1 ay müddətində qüvvədə olan qanunvericilik aktlarının "Azərbaycan Respublikasının 1993-cü il 6 dekabr tarixli 757 saylı qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının "Şöhrət" ordeninin statutusu"nda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının qanununa uyğunlaşdırılması barədə təkliflərinı dövlət başçısına təqdim etsin; Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan prezidentinə məlumat versin; öz səlahiyyətləri daxilində "Azərbaycan Respublikasının 1993-cü il 6 dekabr tarixli 757 saylı qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının "Şöhrət" ordeninin statutusu"nda dəyişiklik edilməsi barədə" qanundan irəli gələn digər məsələləri həll etsin.

Sərəncam dərc edildiyi gündən qüvvəyə minir.

Xəbər lenti

Xəbər lenti