...

İlin sonuna kimi QHT-lərə yardım üzrə dövlət qurumu yaradılacaq

Siyasət Materials 28 Noyabr 2007 18:12 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Bu ilin sonuna kimi QHT-lərlə yardım üzrə dövlət qurumu yaradılacaq. Bu barədə çərşənbə günü Trend ə açıqlamasında Prezident Aparatı ictimai-siyasi şöbənin müdiri Əli Həsənov məlumat verib.

Onun sözlərinə görə, bu qurum Şura adlanacaq və QHT-lərə maddi yardımları, onlara müxtəlfi formalarda dəstəyi həyata keçirəcək.

Həsənov bildirib ki, yardım göstəriləcək QHT-lərin hansı prinsiplərlə seçilməsi artıq müəyyənləşib. Lakin o, bunun təfərrüatı barədə açıqlama verməyib.

QHT-lərlə bağlı dövlət qurumunun yaradılması prezident İlham Əliyevin QHT-lərə yardım məqsədilə imzaladığı sərəncam əsasında həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti