...

Azərbaycanda Əmək Qanunvericiliyinin pozulmasına görə cəzalar sərtləşdiriləcək

Siyasət Materials 29 Noyabr 2007 17:56 (UTC +04:00)
Azərbaycanda Əmək Qanunvericiliyinin pozulmasına görə cəzalar sərtləşdiriləcək

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Azərbaycanda Əmək Qanunvericiliyinin pozulmasına görə cəzalar sərtləşdiriləcək. Bu məqsədlə İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklər təklif olunub.

Cümə axşamı Milli Məclisin sosial siyasət məsələləri daimi komissiyası bu məsələni müzakirə edərək təsdiq edib.

Parlamentin hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseyov bildirib ki, yeni dəyişikliyə görə, Əmək Qanunvericiliyini pozanlar Dövlət Əmək Müfəttişliyi tərəfindən cəzalandırılacaq. Komissiya sədri qeyd edib ki, indiyədək Əmək Qanuqvericiliyini pozan şəxsləri Dövlət Əmək Müfəttişliyi, Vergilər Nazirliyi və Dövlət Sosial Müdafiə Fondu cəzalandırırdı. Dəyişikliklərədək bu pozuntulara görə cərimələrin məbləği 3 min manat təşkil edirdisə, yeni sənəddə cərimələrin məbləği, fiziki şəxslərlə bağlı, şərti maliyyə vahidnin 1000 mislindən 2500-3000 mislinə, hüquqi şəxslər üçünsə, 5 min mislindən-35 min mislinədək artırılıb.

Yeni layihədə Əmək Qanunvericiliyini ciddi şəkildə pozanları məcburi əməyə cəlb etmə cəzası da nəzərdə tutulub.

Hüseynov Əmək Qanunvericiliyinin pozulma hallarının daha çox tikinti sektorunda qeydə alındığını və dəyişikliklərdən sonra bu halların azalacağını bildirib.

Komissiya dəyişiklikləri təsdiqləyib və Milli Məclisin müzakirəsinə tövsiyyə edib.

Xəbər lenti

Xəbər lenti