London, Böyük Britaniya/ Trend , müxbir G. Əhmədova/ Trend in İnsan Haqları üzrə İslam Komissiyasının sədri, cənab Məsud Şacar ilə eksklüziv müsahibəsi.
- İnsan haqları üzrə İslam Komissiyası Britaniyanın tanınmış təşkilatıdır. Təşkilatın bu gün başlıca məqsəd və vəzifələri nədən ibarətdir?
- Bizim təşkilat araşdırma təşkilatı kimi, müdafiə kompaniyasının aparlıması üçün təsis edilib, məqsəd isə, ehtiyacı olanlara kömək etmək, ayrı-seçkiliyi, insan haqlarından sui-istifadəni aradan qaldırmaq, yaxşı cəmiyyət yaratmaqdır. İslam təşkilatı olaraq, biz təkcə müsəlsmanlar üçün deyil, eləcə də hər bir kəs, qeyri-müsəlmanlar üçün də işləyirik.
- İnsan Haqları üzrə İslam Komissiyasının 10 illik fəaliyyəti dövründə görülən işlər barədə danışın.
- Böyük işlər görmüşük. Müxtəlif layihələrin rellaşması ətrafında birləşməklə, biz dünyada vəziyyətin daha da çətinləşdiyi dərk etmişik. Lakin bizlərdən heç birimiz son illər ərzində insan haqlarının nə dərəcədə pozulacağını ağlına belə gətirə bilməzdi. Qurbanlara yardım göstərmək və ədalətsizliyə qarşı mübarizə aparmaq təşkilatımız üçün çox vacib idi. Biz bütün dünya üzrə 2500 nəfər məhbusun azadlığa buraxılmasına kömək etmişik. Biz ədalətsizliyə qarşı birlikdə mübarizə aparmışıq. Biz qanunvericiliyin və prosedurların dəyişdirilməsində rol oynamışıq ki, bu da demək olar ki, daha yaxşı və daha ədalətli cəmiyyətin yaradılmasına kömək edib.
- "Samaritanın pul kisəsi" təşkilatının rəhbəri, tanınmış Franklin Qreham "Milad körpəsi əməliyyatı" layihəsini yaradıb. Bir çoxları bu layihəni müsəlmanlar əleyhinə qanun hesab edir...
- Bu layihə sağlam məntiqə, həmrəy cəmiyyətə ziddir, çünki Franklin Qreham özü nəinki islamofobdur , hətta onun hesabatında islam, induizim və digər dinlərə qarşı fikirlər söylənir. O, qatı ksenofobdur. Bu fikirlər tamamilə ksenofobiya xarakteri daşıyır. Layihəni təqdim edən şəxslər məktəblərə getmələri, cəmiyyətin müxlətif təbəqələrinin adi insanlarından ianə toplamaları ilə fəxr edirlər. Daha sonra isə, ianəni Bibliya ilə birliklə kiçik bir qutuya qoyur və bütün dünyadakı müsəlmanlara paylayırlar. Onlar dini dərk etmə mərhələsində olan uşaqları cəlb etməyə cəhd göstərirlər. Hədiyyəni ürəkdən verən kəs hədiyyə müqabilində heç bir şərt qoymur, bu təşkilatsa, bir şərt qoyur, yevangelist xristianlığının qəbul edilməsi. ABŞ-dakı İnternet səhifələrinə nəzər salsaq, onların bir çox katolikləri, induizmə məxsus olan uşaqları və müsəlmanları yevangelist xristinlığa gətirmələri ilə necə fəxr etdiyini görmək olar. Biz məhz bunun əleyhinə çıxış edirik. Biz bu paketlərin paylanıldığı məktəb və mərkəzlərə layihənin əsl məqsədləri barədə məlumat verəndə onlar sarsıntı keçirirlər. Mən deyərdim ki, bu insanların böyük əksəriyəti bu təşkilatı pisləyir və layihəni dayandırırlar. Biz alternativ köməyin axtarışı işində də öz köməkliyimizi göstəririk. Biz ehtiyacı olan insanların yardım əldə etməsinə mane ola bilmərik, bu işlə məşğul olan bir çox xristian və qeyri-xrisitian təşkilatları da mövcuddur.
- "İslamofobiya" termini barədə nə düşünürsünüz?
- Mən bu sözü sevmirəm , çünki əminəm ki, "antimüsəlaman hisslərinin təşviqi" və ya "müsəlmanlara nifrət" zərərli bir işdir, nəzərə alsaq ki , fobiya insan üçün kifayət qədər təbii hissdir. Bilirsiz, siz ilandan və yaxud başqa bir şeydən qorxa və bunun qarşısında aciz qala bilərsiz, bu sizin üçün , demək olar ki, təbii haldır. Lakin müsəlmanlara və ya digər bir insan qrupuna qarşı nifrətdə təbii heç nə yoxdur. Lakin bu artıq faktdır ki, müsəlmanlara qarşı nifrət artır və buna şübhə ola bilməz.
- Böyük Britaniyadakı terrorizm əleyhinə qanunlara münasibətiniz necədir? Bu qanunlarda Britaniya müsəlmanlarının normal həyat fəaliyyətinə mane olan maddələr varmı?
- Məncə, bizim cəmiyyəti qoruyan qanunlara ehtiyacımız var. Qanunlar dəyərlərin məhv edilməsinə deyil, cəmiyyətin qorunmasına xidmət etməlidir. Məncə, son illər Böyük Britaniyada baş verənlər göstərir ki, ölkədə cəmiyyəti qoruyan qanunlar mövcud olmayıb, əksinə, qanunlar vətəndaş azadlığına mane imiş. Bu qəti şəkildə yolverilməzdir. Misal gətirim. Terrorizm əleyhinə qanunlara uyğun olaraq minlərlə insan saxlanılır və axtarılırdı. Lakin biz bu vasitə ilə terrorçunun aşkarlanmasına gətirib çıxaran hala rast gəlmirik. Bu qanunlar nəyə gətirib çıxardı? Sadə insanların boş yerə narahat edilməsinə. Biz əsası olmayan
ehtiyatlanma siyasətinin həyata keçirildiyini görürük. Terror aktları həqiqətən də baş verir, lakin bu aktlar Londonda həmişə baş verib. İRA tərəfindən bombardımanlar və bir çox insanların qətli törədilib, lakin hökumət bu qədər uzağa gedərək, vətəndaş azadlığını boğmayıb.
Məlumdur ki, ABŞ-da 2001-c ildə törədilən məşhur terror aktlarından sonra Böyük Britaniyada 1500-ə yaxın insan həbs olundu, lakin bu insanların yalnız 5%-nin məhkəmədə terror aktlarını törətməkdə günahkar olması sübuta yetirildi. Bu insanların böyük əksəriyyti günahsız idi, lakin onların həyatı alt-üst edilidi. Mİ 5-in (xüsusi xidmət orqanları) rəhbəri bildirib ki, Britaniya məscidlərində gənclərin radikallaşması səbəbindən, bizim gələcəyimiz üçün böyük təhlükə var və bu, kimyəvi, bioloji və nüvə hücumlarına gətirib çıxara bilər. 15-16 yaşlı uşaqların məscidlərdə radikallaşmasına və nüvə bombası hazırlamasına kim inanar? Mİ 5-in indiki rəhbəri onu da bildirib ki, hazırda Britaniya cəmiyyətində 2000 radikal terrorçu mövcuddur və bunların sayı 4000 nəfərə qədər arta bilər. Əgər bu həqiqətən də belədirsə, onda nə üçün 11 sentyabr hadisələrindən bu günə qədər cəmi 1500 nəfər həbs olunub və bu insanların yalnız 5%-i günahkar bilinib? Mən və mənim həmvətənlərimin xəstəxanaya düşmək, müalicə almaq və həkimin səhvi nəticəsində ölmək ehtimalı daha çoxdur. Onda bəs nə üçün cəmiyyətin təhlükəsizliyini təmin etmək üçün daha çox insan və daha çox resursları bu sahəyə yönəltmirik? Bizim avtomobil qəzası nəticəsində ölmək ehtimalımız daha çoxdur. Əslində isə, bütün bunlar cəmiyyəti idarə etmək üçün əsassız qorxunun yayılmasına yönəlib və bunun cəmiyyətə heç bir faydası yoxdur. İndi baş verənlər təkcə müsəlmanlara deyil, bütün cəmiyyətə şamil olunur. Müsəlmanlar hədəfə çevrilir, insanların qalan hissə isə, süni olaraq yaradılmış ehtiyalanma siyasətindən əziyyət çəkir.
- İslamın bu gün Böyük Btrianiyada malik olduğu gücü necə xarakterizə edərdiniz?
- Mən fikirləşirəm ki, əslində, İslam Böyük Britaniyada qüvvəyə malik deyil. Mənə elə gəlir ki, biz digərlərinə nisbətən, hüquqlarımızdan daha çox məhrum edilmişik. Mən demək istəyirəm ki, artıq müsəlmanlar bərabərhüquqlu olma arzularını ifadə etmirlər. Müsəlmanlar "Biz bərabər hüquqlara malik olmalıyıq" ifadəsi əvəzinə, özlərinə belə bir sual verirlər: "Bizim hüquqlarımız nədən ibarətdir, ikinci dərəcəli insanların hüquqları nədən ibarətdir?" Antiterror tədbirlərin həyata keçirilməsi belə bir fikir yaradır ki, bu əzabverici qanunlar və vətəndaş hüquqlarından məhrumetmə yalnız müsəlmanlara şamil olunur, cəmiyyətin qalan hissəsi isə, bundan fayda götürür. Biz hamımız əziyyət çəkirik.
Müsəlmanlar 2001-ci ildə ABŞ-da, 2005-ci ildə Londonda baş verən hadisələrin və bu hadisələrdən sonra qəbul olunan antiterror qanunlarının gizli qurbanlarıdır. Biz əks reaksiyanın qurbanlarıyıq, bizim insanlar Ben Ladenin tərəfdarları kimi, küçələrdə hücumlara məruz qalırlar. Biz hamımız əziyyət çəkirik.
Məscidlər və Böyük Britaniyanın müsəlman cəmiyyəti deyil, məhz Brilaniya və Amerika hökuməti faktiki olaraq Əfqanıstanda mücahidləri öyrədiblər ki, onlar ruslara qarşı mübarizə aparsınlar. Onların özləri bu çirkin oyunu qurduqları təqdirdə, niyə bizə problem kimi baxırlar?
- Böyük Britaniyada müsəlmanların hüquqları tez-tezmi pozulur?
- İslamofobiya indi misli görunməmiş səviyyədədir. Son araşdırmalar göstərir ki, müsəlmanların 80%-i islamofobiyanın qurbanıdır. 2001 və 2005-ci il hadisələrindən sonra yaranmış vəziyyəti nəzərdən keçirsək, görərik ki, müsəlmanlara qarşı hücumlar və mənfi münasibət 700%, bəzi hallarda 1300% artıb.
Bu, təkcə Böyük Britaniyada deyil, dünyanın digər ölkələrində də baş verir. İslamofobiya bir qədər azalsa da, bu əvvəlki səviyyəyə qayıtmaq demək deyil. Əvvəllər müsəlmanlar ölkə cəmiyyətinin mədəni hissəsi hesab olunurdu, indi isə müsəlmanlara geridə qalmış varvarlar kimi baxırlar.
Müsəlmanların Xristianlığın adından Bosniyada məhv edildiyi bir vaxtda müsəlman dünyasında heç bir kilsə müsəlmanların hücumuna məruz qalmırdı. Həmin dövrdə Böyük Britaniyada terror aktları baş verirdi, Yeni Zelandiyada altı məscid hücuma mərruz qalmışdı. Beləliklə, indi varvar kimdir? Qorxunu kim yaradır? Bütün təhlükələrə baxmayaraq, müsəlmanlar İslamın qoyduğu qanunlar çərçivəsində hərəkət edirlər.