...

Osloda Azərbaycan və Norveç arasında əməkdaşlıq müzakirə olunacaq

Siyasət Materials 4 Dekabr 2007 01:05 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.Ağayeva/ Bazar ertəsi Norveçin Azərbaycandakı səfirliyindən verilən məlumata görə, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov dekabrın 4-5-də Norveçə rəsmi səfər edəcək.

Səfər Norveçin xarici siyasət idarəsinin rəhbəri Yonans Qar Storenin dəvəti ilə baş tutacaq. Səfər çərçivəsində, Məmmədyarov norveçli həmkarı ilə görüşəcək, Norveçin "Statoyl" dövlət nefi şirkətinə baş çəkəcək. Görüşlərdə Azərbaycan-Norveç münasibətlərinin müxləlif sahələrdə inkişaf perspektivləri müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti