...

Nüvə planı ABŞ-ın İrana hücum etməsinə haqq qazandırmaq üçün bir bəhanədir - Rusiyalı politoloq

Siyasət Materials 4 Dekabr 2007 16:48 (UTC +04:00)
Nüvə planı ABŞ-ın İrana hücum etməsinə haqq qazandırmaq üçün bir bəhanədir - Rusiyalı politoloq

Azərbaycan, Bakı /"Trend müxbir D.Xatınoğlu/ ABŞ İrana diplomatik vasitələrlə təzyiq göstərməklə kifayətlənmir, müharibə variantını nəzərdən keçirdiyini də bildirir. "Nüvə planı, ABŞ-ın İrana hücum etməsinə haqq qazandırmaq üçün bir bəhanədir "--Rusiyalı politoloqu, Rusiya İslam Komitəsinin sədri Heydər Camal bildirib. Dekabrın 1-də BMT-nin rəhbərlər səviyyəsində keçirilən iclasında 5+1 ölkələri İrana qarşı 3-cü Qətnamənin ilkin variantını hazırlamaq qərarına gəliblər. BMT Təhlükəsizlik Şurası indiyədək İrana qarşı iki Qətnamə (1737-ci və 1747-ci) tətbiq edib.

Camal çərşənbə axşamı Trend ə eksklüziv müsahibəsində bildirib ki, İran əleyhinə BMT Təhlükəsizlik Şurasının Qətnamələri ABŞ-ın İrana hücumuna yaşıl işıq xarakteri daşıyır. "ABŞ rəsmi Tehranı elə vəziyyətə salıb kı, İranın Qətnamələrə etinasız olmaqdan başqa yolu qalmayıb. Nüvə məsələsi ABŞ üçün bəhanədir, onlar dünyaya göstərmək istəyirlər ki, İran diplomatik danışıqlarla yola gələn deyil. Həmin planı bir zaman İraq hakimiyyəti üçün həyata keçirdilər. Amerika, Səddam Hüsseynə qarşı əvvəl BMT-nin Qətnamələri ilə diplomatik təzyiq göstərdi, sonra dünyaya bu ölkənin diplomatiya ilə yola gəlmədiyini elan edərək, öz hücumuna yetərincə bəhanə qazandırdı. O zaman ABŞ və xüsusilə NATO-nun kəşfiyyat orqanları Səddama dolayısi ilə bildirirdilər ki, müharibə baş tutmayacaq, onu Amerikaya qarşı durmağa təhrik edirdilər. Eyni ssenari İran üçün də hazırlanıb"-deyə, Rusiyalı politoloq bildirib.

Camalın fikrincə, müharibə variantı hər iki ölkə üçün qaçılmazdır. "İran daxilində inqilabçi və inqilab keşikçiləri olan "Sepah" 29 ildir ki, stabillik axtaran və mafiya imicinə çevrilən mollaların istismarındadır. Mollalar İraq-İran müharibəsində 1 milyon inqilabçı gənci cəbhələrdə ölümə verdilər. Yeni inqilabçı nəsil İran prezidenti Mahmud Əhmədinejadın başçılığı ilə, mollanın istismarından qurtulub, sərbəst fəaliyyət göstərmək, Livanda fəaliyyət göstərən Hizbullah təşkilatı kimi azad olmaq istəyir. Bunun yeganə yolu, yeni bir müharibənin başlanmasıdır"-deyə, Camal bildirib.

Xəbər lenti

Xəbər lenti