...

Prezident İlham Əliyev Finlandiyanın Müstəqillik günü münasibətilə prezident Tarya Halonenə təbrik məktubu göndərib

Siyasət Materials 5 Dekabr 2007 18:48 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , Prezident İlham Əliyev Finlandiya Respublikasının Milli bayramı - Müstəqillik günü münasibətilə bu ölkənin prezidenti xanım Tarya Halonenə təbrik məktubu göndərib. Prezident Əliyev qeyd edib ki, Azərbaycan-Finlandiya əlaqələrinin hərtərəfli inkişafı yolunda atılan addımlar iki dost ölkə arasında münasibətlərin perspektivinə nikbin baxmağa imkan verir. Ölkəmizin başçısı qarşılıqlı maraq doğuran Azərbaycan-Finlandiya əməkdaşlığının daha geniş məcrada davam etdirmək üçün bundan sonra da ardıcıl səylər göstəriləcəyinə ümidvar olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti