...

Timoşenkonun Ukrayna prezidenti seçilməsi ölkə üçün fəlakətə çevriləcək- Rusiya eksperti

Siyasət Materials 1 Dekabr 2007 18:55 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir A. Qasımova/ Tanınmış rus teleaparıcısı, Müasir Dünyada Din və Siyasətin Strateji Araşdırması Mərkəzinin rəhbəri Maksim Şevçenko hesab edir ki, Timoşenkonun Ukrayna prezidenti seçilməsi ölkə üçün fəlakətə çevriləcək.

"Timoşenkonun nəinki Baş nazir, hətta Ukraynanın prezident olmaq şansları böyükdür, bu halda Ukraynanı fəlakət gözləyir" - deyə Şevçenko çərşənbə günü telefonla Trend ə müsahibəsində bildirib. Timoşenko öz fraksiyasının koalisiyasından və "Naşa Ukraina-Narodnaya saooborona" ("Bizim Ukrayna-Xalq Özünümüdafiəsi") fraksiyasından Baş nazir postuna namizəddir. Baş nazirin namizədliyi baxılmaq üçün prezidentə təqdim olunmalıdır ki, prezident 15 gündən sonra namizədliyi Radaya təsdiqə göndərməli və ya qəbul etməməlidir. Namizədlik qəbul olunmasa, koalisiya hökumət başçısı postuna digər bir namizədi irəli sürmək hüququna malikdir.

Şevçenkonun sözlərinə görə, Timoşenko cəmiyyətə populist siyasi-texniki təzyiqdən ibarət olan siyasi hərəkatını əsas götürür. "O, ukraynalıların üstünlük təşkil etmədiyi, milli göstəricilərin əllinin əlliyə təşkil etdiyi ölkənin ukraynalaşdırılması tezisindən istifadə edir" - deyə Şevçenko bildirib.

Ekspert bütun bunları klassik faşizm adlandırıb. "Bu, demokratiya kimi ümumi dəyərlərin deyil, etnik ünsürlərin siyasətdə daxil edilməsi deməkdir, bu, faşizm adlanır, bununla belə, Avropa strukturları və ABŞ tərəfindən dəstəklənir" - deyə ekspert qeyd edib. Eksrpertin sözlərinə görə, Ukraynanın prezidenti Viktor Yuşşenko nə qədər pisdirsə, Timoşenko seçilsə, bir o qədər də pis olacaq.

Ekspertin sözlərinə görə, Ukraynada Rusiya mədəniyyətinin sıxışdırlılması prosesi gedir ki, bu da Rusiya üçün faciəvi xarakter daşıyır.

"Timoşenko Ukrayna KİV -nin dəstəklədiyi ağılsız populizminə arxalanır və onun prezident olmaq şansı var, bu halda, Ukrayna və Rusiya arasında münasibətlərə böyük zərbə dəymiş olacaq" - deyə ekspert hesab edir.

Xəbər lenti

Xəbər lenti