...

Aİ Yeni Qonşuluq Siyasəti ölkələrinin coğrafiyasını genişləndirməyi planlaşdırmır- Aİ-nin komissarı

Siyasət Materials 6 Dekabr 2007 17:13 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.Ağayeva / Avropa İttifaqı Yeni Qonşuluq Siyasəti ölkələrinin coğrafiyasını genişləndirməyi planlaşdırmır.

"Əsas vəzifə tərəfdaş ölkələrlə əlaqələrin möhkəmləndirilməsi və Fərdi Tərəfdaşlıq Planının həyata keçirilməsi ilə bağlı ciddi iş aparmaqdan ibarətdir. Yeni Qonşuluq Siyasəti çərçivəsində, Ermənistan və Aİ-nin Fəaliyyət Proqramı təsdiqlənərək qüvvəyə minib" - deyə Avropa İttifaqının xarici əlaqələr üzrə komissarı Benita-Ferrera Valdner elektron ünvanı ilə müsahibəsində bildirib.

Bu o demək deyil ki, Aİ "qonşularının qonşuları" ilə əlaqələrin sıxlaşmasına cəhd göstərmir. Aİ qanunsuz miqrasiya, enerji məsələləri kimi problemlərdən kənarda qala bilməz. Aİ-nin komissarının sözlərinə görə, Mərkəzi Asiya Strategiyası və Qara Dənizdə Enerji təklifi işlənib hazırlanıb və hər iki sənəd daha sıx regional əməkdaşlığın yaradılmasına yönəlib.

Yeni Qonşuluq Siyasətinin həyata keçirildiyi dövr ərzində əldə olunmuş nailiyyətlər göstərir ki, bu ölkələrdə həyata keçirilən islahatlardan sonra müsbət nəticələr əldə olunub.

Azərbaycan Yeni Qonşuluq Siyasətinə 2006-cı ilin noyabr ayında Aİ-də müqavilə imzalayaraq qoşulub. Proqram çərçivəsində, tərəflər siyasət, iqtisadiyyatın 10 sahəsində, Azərbaycanda demokratik cəmiyyətin yaxşılaşdırılması istiqamətində əməkdaşlıq edirlər.

Xəbər lenti

Xəbər lenti