...

Güney Azərbaycanın "Dövlətçilik Günü" və "Soyqırım Günü"nün tanınması kampaniyasına başlanılır

Siyasət Materials 7 Dekabr 2007 16:46 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) 12 dekabrın "Güney Azərbaycan Dövlətçilik Günü", 17 dekabrın "Güney Azərbaycanın Soyqırımı Günü" kimi tanınması kampaniyasına başlayır. Bu barədə cümə günü GAMOH- un Bakıda keçirilən mətbuat konfransında açıqlama verilib.

1945-ci ildə İranda Güney Azərbaycan Milli hökuməti qurulub, muxtariyyət statusu alaraq, dekabrın 12-də Təbriz şəhərində fəaliyyətə başlayıb. 1946-cı il dekabr ın 9- da İran qoşunları seçkilərə nəzarət etmək adı altında Güney Azərbaycan muxtariyyətinə hücum edib, dekabrın 9- dan 17 - dək Güney Azərbaycanda minlərlə insan həlak olub, minlərlə insan həbsə atılıb, 100 mindən çox adam yaşadığı yerlərdən didərgin düşüb.

GAMOH-un nümayəndəsi Mahmud Bilgin bildirib ki, 1948-cı il Almaniyanın Nürnberq şəhərində 135 ölkənin imzası ilə qəbul olunmuş sənəddə həmin hadisələr "soyqırım" adlandırılıb. GAMOH Azərbaycanda və bütün dünyada yaşayan azərbaycanlıları 17 dekabrı "Güney azərbaycanlıların soyqırımı günü" kimi qeyt etməyə çağırır. Güney Azərbaycan ilk Milli hökumətin yarandığı 12 dekabr tarixini də bundan sonra hər il "Güney Azərbaycanın Dövlətçilik Günü" kimi qeyd edəcək.

Azərbaycanın millət vəkili Nəsib Nəsibli hesab edir ki, hər iki tarixi hadisə dünya azərbaycanlıları tərəfindən qeyd olunmalı, həmçinin, Azərbaycan dövləti Güney Azərbaycan məsələsinə böyük əhəmiyyət verməlidir.

GAMOH 1995-ci ildə, İranda yaşayan azərbaycanlıların hüquqlarını müdafiə məqsədilə təsis olunub. Təşkilata İrandan mühacirət etmiş professor Mahmudəli Çöhrəqanlı başçılıq edir. Dünyanın müxtəlif ölkələrində 24 təmsilçiliyi-bürosu olan GAMOH beynəlxalq hüquq və prinsiplərə əsaslanaraq, Güney Azərbaycanın "öz müqəddəratını təyinetmə" haqqının bərpası uğrunda mübarizə aparır.

Xəbər lenti

Xəbər lenti