...

Bakıda ovu qadağan edilən quş əti aşkarlanıb

Siyasət Materials 10 Dekabr 2007 13:37 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Bakı şəhərində ovu qadağan edilən quş əti aşkar edilib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bazar ertəsi Trend ə bildiriblər ki, dünən nazirliyin Baş Dövlət Yol Polisi İdarəsinin Qaradağ rayonundakı postunda Binə qəsəbə sakini Taleh Hacıyevin idarə etdiyi "Qazel" markalı avtomaşına nəzarət qaydasında baxış keçirilib. Avtomaşında Rusiya vətəndaşı Derviş Facz Əhməd tərəfindən ovlanmış, ovu qadağan edilən 70 Bəzgək quşu aşkar edilərək götürülüb.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti 2005-ci ildən "quş qripi" xəstəliyinin qarşısının alınması üçün quş ətinin ovuna qadağa qoyub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti