Azərbaycan, Qazax / Trend , müxbir N.Fətullayeva/ Tovuz rayonunda intihar hallarının sayı artıb. Tovuz rayon Polis İdarəsinin rəisi Rəşid Səfərov çərşənbə axşamı Trend ə bildirib ki, bu ilin 11 ayında rayon ərazisində intihar faktları ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 fakt artıb. Onun sözlərinə görə, il ərzində Tovuzda 3 intihar hadisəsi baş verib.
Polis rəisi, həmçinin deyib ki, hesabat dövründə baş verən 130 cinayət hadisəsindən 121-nin üstü açılıb. Baş vermiş cinayət hadisələri ilə bağlı 79 nəfərin işi məhkəməyə göndərilib.
Tovuz paytaxt Bakıdan 420 kilometr qərbdə yerləşir.