...

BƏƏ və Azərbaycan cinayətkarların ekstradisiyasına dair razılaşma əldə ediblər

Siyasət Materials 11 Dekabr 2007 14:10 (UTC +04:00)
BƏƏ və Azərbaycan cinayətkarların ekstradisiyasına dair razılaşma əldə ediblər

Azərbaycan, Bakı / Trend müxbir S.Ağayeva/ Azərbaycan və Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) hüquq mühafizə orqanları vətənində axtarışda olan cinayətkarların ekstradisiyasına dair razılaşma əldə ediblər.

Razılaşma Azərbaycanın daxili işlər naziri Ramil Usubovun həmkarı şeyx Saif Zaid əl-Naxayanın dəvəti ilə BƏƏ-yə səfəri çərçivəsində əldə edilib.

Azərbaycanın BƏƏ-dəki səfirliyinin üçüncü katibi Mutəllim Mirzəyevin çərşənbə axşamı verdiyi məlumata görə, Usubov səfər çərçivəsində öz həmkarı və onun müavini ilə görüş keçirib, həmçinin Polis Kollecinə baş çəkib. Görüşlər zamanı beynəlxaq terrorizm, mütəşəkkil cinayətkarlıq, o cümlədən narkotik maddələrin qanunsuz dövriyyəsi, insan alveri və çirkli pulların yuyulmasına qarşı mübrizədə birgə əməkdaşlığın istiqamətləri müzakirə olunub.

Səfər çərçivəsində həmçinin Azərbaycan Respublikası və Birləşmiş Ərəb Əmirliyi hökumətləri arasında təhlükəsizlik sahəsində əməkdaşlığa dair müqavilə imzalanıb.

Bu gün nazir Dubaya gedib və burada Əmirliyin Baş Polis Qərargahının rəisi ilə görüşüb. Diplomatın bildirdiyinə görə, görüşdə cinayətkarlığa qarşı mübarizədə əməkdaşlığın mümkün yolları müzakirə olunub.

Nazirin səfəri bu gün başa çatır.

Xəbər lenti

Xəbər lenti