...

Ermənilərin girov götürdüyü Azərbaycan vətəndaşının səhhətində problem yoxdur

Siyasət Materials 12 Dekabr 2007 21:26 (UTC +04:00)
Ermənilərin girov götürdüyü Azərbaycan vətəndaşının səhhətində problem yoxdur

Azərbaycan, Bərdə / Trend müxbir Ş.Cəliloğlu/ Bu gün günorta saatlarında Azərbaycan tərəfinə təhvil verilən Tərtər rayon sakini Anar Əliyev Trend aqentliyinin bölgə müxbirinə eksklüziv müsahibəsində girov qaldığı zaman baş verənləri ətraflı danışıb. O bildirib ki, avqust ayının 2-də axşam saat 5-6 radələrində evlərinin yaxınlığında axan Tərtər çayının yuxarı hissəsi istiqamətdə hərəkət edərkən, ona əsgər qeyimində olan iki nəfər yaxınlaşaraq ondan kömək istəyiblər. Sonradan əsgərlər Anar Əliyevdən onlarla gedməyini tələb ediblər, gözlərini bağlayıb maşınla naməlum istiqamətdə təxminən 5-6 saat müddətində aparıblar.

Anar Əliyev həmçinin bildirib ki, onu beş ay müddətində eyni bir otağda saxlayıblar. Saxlanılma şəraitlərindən danışan Anar Əliyev bildirib ki, onu gündə üç dəfə qidalandırıblar, girov olduğu zaman ərzində ona heç bir işkəncə verilməyib.

Anar Əliyev onu da dedi ki, valideyinlərindən gələn məktublara o müstəqil şəkildə cavab vermək imkanından məhrum edilmişdir.

Xatırladaq ki, Ermənistan Silahlı Qüvvələri tərəfindən beş ay öncə girov götürülən Anar Əliyev bu gün günorta saatlarında Azərbaycan tərəfinə təhvil verilib. O dərhal həkim müayinəsindən keçib, səhhətində heç bir problem aşkar olunmayıb.

Xəbər lenti

Xəbər lenti