...

Azərbaycan prezidenti FHN-in texniki təchizatı ilə tanış olub

Siyasət Materials 17 Dekabr 2007 15:52 (UTC +04:00)
Azərbaycan prezidenti FHN-in texniki təchizatı ilə tanış olub

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynov, Y.Əliyev/ Azərbaycan Respublikasının prezidenti İlham Əliyev bazar ertəsi şəhərin mərkəzi meydanı olan "Azadlıq" meydanında Fövqəladə Hallar Nazirliyinin yaradılmasının ikinci ildönümünə həsr olunmuş tədbirdə iştirak edib.

Dövlət başçısı FHN-nin operativ heyəti, xilasetmə, mobil, tibbi texnikası ilə tanış olub. Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov bildirib ki, nazirliyin əməkdaşları əsasən Almaniya və Türkiyə istehsalı olan ən müasir yanğınsöndürmə və xilasetmə texnikası ilə təchiz olunur. Nazir bildirib ki, FHN-in Bakı qarnizonu bütün lazımi avadanlıq və vəsaitlərlə tam şəkildə təmin olunub. Heydərovun sözlərinə görə, gələn il Bakıya 34 müasir yanğınsöndürmə maşını gətiriləcək.

Tədbirdə xilasetmə motosiklləri və vertolyotlar, həmçinin dənizdə neft qurğularında yanğının söndürülməsi əməliyyatı nümayiş olunub. Dövlət başçısı eləcə də fövqəladə hallar zamanı mobil idarəetmə mərkəzinin fəaliyyəti ilə tanış olub. Prezident bildirib ki, təkcə paytaxtdakı xilasediciləri deyil, ölkənin regionlarındakı xilasediciləri də müasir texnika və avadanlıqla təchiz etmək lazımdır.

Xəbər lenti

Xəbər lenti