...

Kosovo variantı Azərbaycan və Gürcüstandakı münaqişələrin nizamlanması üçün təhlükəli presedentdir-amerikalı konfliktoloq

Siyasət Materials 18 Dekabr 2007 20:06 (UTC +04:00)
Kosovo variantı Azərbaycan və Gürcüstandakı münaqişələrin nizamlanması üçün təhlükəli presedentdir-amerikalı konfliktoloq

Azərbaycan, Bakı / Trend , müxbir S.Ağayeva/ Azərbaycan və Gürcüstandakı münaqişələrin nizamlanması üçün münaqişələrin həllinin Kosovo variantı təhlükəli presedentdir. Bu barədə çərşənbə axşamı Bakıda jurnalistlərə amerikalı konfliktoloq Tomas Qolç məlumat verib. Bu yaxınlarda Avropa İttifaqının Kosovonun statusu üzrə danışıqlardakı nümayəndəsi Volfqanq İşinqer bildirib ki, Qərb 1998-1999-cu illərdə serblər və etnik albanlar arasında amansız silahlı münaqişə predmeti olan ölkənin minimum iki inzibati-ərazi təşkilinə bölünməsinin mümkünlüyünü istisna etmir. "Hazırda Amerika KİV-i Kosovo variantının bütün digər münaqişələrin nizamlanması üçün məqbul ola biləcəyindən çox yazırlar"-Qolç bildirib. İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti